"Arzum" ləqəbli tiktokerin məhkəmə zalında həbsi tələb edildi

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəməsi davam etdirilib. 

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkili Hikmət Əliyev hakimə etiraz edib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib. Belə ki, Hikmət Əliyevin etirazı qəbil edilməyib. 

Vəkil Hikmət Əliyev artıq bundan sonra vəsatətlər verib. 

O, əvvəlcə istintaq eksprementinin keçirilməsi ilə bağlı vəsatət verib. Vəkil bildirib ki, avtomobillər arasında hündürlük baxımından fərqlilik var. Belə ki, qarşı tərəfin avtomobilində ağ rəng Arzumun avtomobilinin rəng ləkəsi deyil. 

Daha sonra məhkəmə istintaqının yekunlaşdırılması qərara alınıb. 

Lakin təqsirləndirilən şəxsin vəkilləri buna etiraz edərək əlavə şahidlərinin olduğunu məhkəmənin vəsatət veriblər. 

Vəkillərin bu vəsatətləri də təmin edilməyib və məhkəmə istintaqı yekunlaşıb. 

Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə tiktoker Arzumun 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışları üçün məhkəmədən vaxt istəyiblər. 

Məhkəmənin yekun iclası iyunun 25-nə təyin edilib. 

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. 

Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.