Qubada 35 yaşlı kişi keçmiş qaynı tərəfindən bıçaqlandı

Ötən gün saat 23 radələrində Quba şəhərinin ərazisində Bağbanlı kənd sakini 18 yaşlı O.Şirinov xuliqanlıq zəminində keçmiş yeznəsi, 1-ci Nügədi kənd sakini, 35 yaşlı Kamran Fərhad oğlu Niftəliyevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib.

Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, əməli törədən şəxsi polis əməkdaşları saxlayıblar.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Quba Rayon Mərkəzi Xəstəxanasından (RMX) bıçaqlanan şəxsin durumu ilə bağlı məlumat verilib.

Bildirilib ki, 2026-cı il aprelin 6-da saat 23 radələrində bir nəfər (kişi) Quba RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə sağ budun kəsilmiş, deşilmiş yarası və hipovolemik şok diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasiyent cərrahi əməliyyata qəbul olunub.

Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.