Gömrük Komitəsinin 53 min dollar mənimsəyən müstəntiqi ilə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Nicat Qasımovun barəsindəki barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının apellyasiya protestini təmin etməyib. Daha sonra prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

İttihama görə, Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham elan olunub.

Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismində tanınıb.

Bundan başqa, digər zərərçəkmiş Gürcüstan vətəndaşı Jaba Jibqaşvili tanınıb.

Qaçaqmalçılıqda ittiham olunan Gürcüstan vətəndaşının sərhəddən keçərkən üstündə tapılan 53 min dolların DGK-nın depozit hesabına qoyulub, Nicat Qasımov isə həmin pulu götürərək mənimsəyib.

Qeyd edək ki, Jibqaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib./pravda.az