Fransanın sabiq prezidenti 5 il müddətinə azadlıqdan məhrum edildi - YENİLƏNİB

Paris məhkəməsi Fransanın sabiq prezidenti Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib.

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, o, "Liviya işi" üzrə təqsirli bilinib.

***13:42

Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2007-ci ildəki seçkiqabağı kampaniyanı qanunsuz maliyyələşdirmək işi üzrə təqsirli bilib.

Bu barədə məlumatı “BFMTV” telekanalı yayıb. 

İstintaq məlumatına əsasən, Sarkozi yaxın adamları vasitəsilə 2007-ci il prezident seçkilərində özünün seçki kampaniyası üçün əlavə maliyyə vəsaitləri əldə etmək üçün Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ilə “korrupsiya paktı” bağlayıb.

Eyni zamanda, məhkəmə Fransanın sabiq prezidentini dövlət vəsaitlərinin mənimsənilməsi və passiv korrupsiya kimi digər ittihamlar üzrə təqsirli bilməyib. 

Bununla belə, Sarkozinin həbsi ilə bağlı yekun qərar hələ açıqlanmayıb.