Fransanın böyük şəhərlərində etiraz aksiyaları gecə boyu davam edib.
“Figaro” xəbər verir ki, aksiyalarda saxlananların sayı 486 nəfər olub. Bununla belə, DİN bu gecənin əvvəlkindən daha sakit keçdiyini bildirib.Bununla belə, narazı kütlə bir çox iş yerini və avtomobili yandırıb. Yandırılan obyektlər arasında “Renault”nun Brestdəki satış mərkəzi də yer alır.
***
01.45
Marseldə etiraz aksiyalarında saxlananların sayı 95 nəfərə çatıb.
BFM TV xəbər verir ki, bu barədə yerli polis prefekturası məlumat yayılb.
Bildirilir ki, polis aqressiv qrupları şəhərin mərkəzindən gözyaçşardıcı qaz və dəyənək tətbiq etməklə uzaqlaşdılrıb.
***
00.23
Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsinə qarşı etirazlar səngimir.
BFM TV xəbər verir ki, artıq Marseldə polislə etirazçılar arasında ilk toqquşma baş verib.
Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və tüstü bombası tətbiq edib. 22 nəfər saxlanılıb./apa