Fransada bıçaqlanan Vidadi İsgəndərli öldü

Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid sosial şəbəkədə məlumat verib.

Bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq zərbələri vurulub.