Fransa Ermənistana hava hücumundan müdafiə silahları satmağa hazırlaşır.
Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib.
“Ermənistana imkan vermək lazımdır ki, öz mülki əhalisini qorusun və sərhədlərinin mühafizəsini təmin etsin. Biz İrəvanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik. Xüsusən də Ermənistan səmasının qorunması üçün lazımi silahların verilməsinə dair bu ölkə ilə müqavilə imzalayacağıq”, - nazir Fransa mətbuatına müsahibəsində deyib.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastyan Lekornyunun dəvəti ilə oktyabrın 22-də Fransa Respublikasına işgüzar səfər edib.