Fransa qanunvericiləri 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edən qanun layihəsini qəbul ediblər.
Stopnarkotik.az "AFP" agentliyinə istinadla bildirir ki, Milli Assambleya gecə iclasından sonra qanun layihəsini 130 səs lehinə, 21 səs əleyhinə olmaqla qəbul edib. Qanuna çevrilməmişdən əvvəl, o, Fransa parlamentinin yuxarı palatası olan Senatdan keçməlidir.
Qadağa Facebook, Instagram, TikTok və Snapchata aiddir. Qanunvericilər ümid edirlər ki, bu, payızda yeni tədris ili başlamazdan əvvəl qüvvəyə minəcək.
Stopnarkotik.az