Türkiyədə saxlanılaraq ölkəyə gətirilən Fazil Qasımovun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Stopnarkotik.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Fazil Qasımov barəsində seçilən qətimkan tədbirinin müddəti 3 ay uzadıb.
Qeyd edək ki, Fazil Qasımova Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və o, Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilib.