"Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil" - RUSİYA XİN

Ermənistanın KTMT-dən çıxması məsələsi bu gün gündəmdə deyil.

Bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin KTMT-dək nümayəndəsi Viktor Vasilyev deyib.

Onun sözlərinə görə, bu gün KTMT-nin diqqəti Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü ilin noyabrında keçirilmiş qərarlarının icrasına yönəlib və blokun bütün ölkələri bu işdə iştirak edir.

İrəvanın KTMT tədbirlərində iştirak etməməsi ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, bu, təzyiq altında olsa da, Ermənistan rəhbərliyinin seçimidir.

“Bir çox cəhətdən bu vəziyyət həm qərblilərin təzyiqinin, həm də Ermənistan rəhbərliyinin və sakinlərinin başa düşülən emosiyalarının nəticəsidir”, o qeyd edib.

Vasilyev ağlın səsinin gec-tez emosiyalardan üstün olacağına ümid etdiyini qeyd edib. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyi hərbi-texniki sahədə KTMT-də əməkdaşlıq olmadan mümkün görünmür.