APA-nın “news.am”a istinadən xəbərinə görə, nəticədə ehtiyatda olan polkovnik Qriqor Qriqoryan saxlanılıb.
Saxlanılarkən ona qarşı zorakılıq tətbiq edilib.
***13:17
Ermənistanın Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub.
“Armenpress”in xəbərinə görə, bu barədə adı çəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, istintaq sirri olduğundan adları ictimaiyyətə açıqlanmayan hərbçilər tabeliyindəki əsgərlərə etirazların baş verdiyi əraziyə getməyi tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə ataraq, aksiya iştirakçılarına qatılıblar.
“Əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir” – məlumatda vurğulanıb.