Ermənistanda çevriliş hazırlanır? - Rusiyalı senatordan açıqlama

“Baqramyan 26” Teleqram kanalının Kremlin Ermənistanda çevriliş hazırladığı barədə iddialarını şərh etməyə belə ehtiyac yoxdur. Çünki bunlar boş iddialardı.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib.

Rusiyalı senatorun sözlərinə görə, bu cür bəyanatlar verməzdən və bu cür ittihamlar irəli sürməzdən əvvəl məlumatı təsdiq edəcək real faktları təqdim etmək lazımdır.

“Bir növ virtual sxemlər hazırlamaq və bu barədə bütün dünyaya qışqırmaq axmaq siyasətçilərin işidir. Bu cür bəyanatlar Rusiyaya qarşı düşmənçilik yaratmaq üçün yayılır. Bu, vəziyyəti pozmağa və öz məqsədlərinə çatmağa çalışanlar üçün lazımdır”, - Rusiya XİN rəhbərinin keçmiş müavini bildirib.

Bundan əvvəl “Baqramyan-26” Teleqram kanalı məlumat yayıb ki, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisini sanksiya edib və bu ssenarini Ermənistanda yerləşən “Vaqner” özəl hərbi şirkətinin əsgərləri etməlidir.