“Ermənistan Rusiyanın qarşısında geri çəkilməyə başlayır” - ABŞ institutu

Ermənistan Rusiyanın qarşısından geri çəkilməyə başlayır.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Ekspertlərin fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan artıq Moskva qarşısında əyilir: “Hərçənd Ermənistanın Rusiya ilə danışıqlara yenidən can atmasını diplomatik tələ olduğunu deyənlər və bu barədə xəbərdarlıq edənlər də var”.

Qeyd olunub ki, Rusiya mənbələri Moskvadan uzaqlaşdığına görə İrəvanın peşman olduğunu nümayiş etdirirlər: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də Qərbin məsləhətlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olduğunu iddia edib və Rusiyanın rəhbərlik etdiyi danışıqların daha perspektivli olduğunu deyib”.

Xatırladaq ki, yanvarın 17-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi əsasında qəbul edib. Tərəflər İrəvanla Bakı arasındakı sülh prosesini müzakirə ediblər.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də söyləyib ki, Azərbaycanla Ermənistan arasında irəliləyişin olmaması İrəvanın mövqeyindən qaynaqlanır. Onun sözlərinə görə, Rusiya heç vaxt Ermənistanla münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb./report