"Ermənistan rəhbərliyi təxribatlara uymamalıdır" - Ərdoğan Parisin İrəvanı silahlandırmasından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı silahlandırması məsələsinə münasibət bildirib. 

Stopnarkotik.az qardaş ölkə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Yunanıstandan səfərdən qayıdarkən jurnalistlərə açıqlaması zamanı danışıb. 

“Fransanın etdikləri sadəcə təhrikdir. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə pislik edir. Daha əvvəl Fransa Ermənistana çox sayda dəstək verdi. Hər hansı nəticə əldə etmədi. Fransa yenə Ermənistanı təhrik edir. Zirehli texnikalar göndərsə belə nə olacaq? Heç bir nəticə əldə edə bilməyəcək. Çünki artıq burada öz torpaqlarında işğala son qoyan bir Azərbaycan var”, - deyə Ərdoğan qeyd edib. 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi yaxın keçmişdə yaşananlardan dərs çıxarmalı və təxribatlara uymamalıdır.