Hazırda Ermənistanın paytaxtı İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirlir.
Respublika meydanından yürüşə başlayan etirazçılar İrəvan Dövlət Universitetinə doğru irəliləyirlər.
Bunu mətbuata mayın 10-da İrəvanın Respublika meydanında mitinqin rəhbəri - Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.
O, həmçinin vurğulayıb ki, bu gün saat 18:30-da yenidən Respublika meydanına toplaşacaqlar.
“Şəhərin müxtəlif yerlərini gəzəcəyik, gənclərlə, tələbələrlə görüşüb müzakirələr aparacağıq, məsləhətləşəcəyik. Hakimiyyət məni nə məhkəmə ilə, nə həbslə, nə də ölümlə qorxuda bilər”, - deyə Tavuş yeparxiyasının keşişi vurğulayıb.
Xatırladaq ki, Baqrat Qalstanyan mayın 10-u səhər saatlarında bütün mümkün yerlərdə itaətsizlik aksiyalarına başlamağa çağırıb. O, baş nazir Nikol Paşinyandan istefa tələb edir, Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxır./modern.az