Dələ minlərlə insanı işıqsız qoydu...

Toronto şəhərinin mərkəzində minlərlə insanın və müəssisələrin işıqsız qalmasına dələ səbəb olub.

Şəhərdə bir çox yer təxminən 3 saat işıqsız qalıb. Axşam saatlarında elektrik enerjisinin verilməsi bərpa edilib.

Məlumata görə, buna səbəb dələ olub. O, stansiyada transformatora toxunub, nəticədə isə qoruyucu yanıb.

"Cohn Transmissiya Stansiyasında heyvanların təhlükəsizliyini təmin etmək və onların stansiyaya daxil olmasının qarşısını almaq üçün bir sıra maneələr var. Gələcəkdə belə hadisələrin qarşısını almaq üçün əlavə tədbirlər görəcəyik", - enerji şirkəti bildirib.

Dələnin sağ qalıb-qalmaması barədə məlumat verilməyib. Qeyd edilib ki, bu gəmiricilərin minlərlə istehlakçını elektriksiz qoyması ilk dəfə deyil.