DİNİ RADİKALİZM VƏ EKTREMİZMLƏ BAĞLI TOPLANTI... - Gənclər Təşkilatı yeni layihənin icrasına başlayır

"Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı layihənin icrasına başlayır.

Stopnarkotik.az xəbər verir ki, layihənin icrası 3 ay müddətində Qusar, Xaçmaz, Quba və Siyəzən rayonlarında həyata keçiriləcək.

"Qeyd edək ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb. Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir. Bəzən yanlış olaraq dindarlıqla dini dəyərlər qarışdırılır. Ona görə də mükəmməl təhsil almaq, milli dəyərlərə yiyələnmək, onun mahiyyətinə varmaq çox vacibdir. Hər bir millətin gələcəyi aldığı dünyəvi təhsillə bağlıdır. Göründüyü kimi, dövlət dini dəyərlərimizi şəxsiyyət yetişdirilməsində mühüm vasitələrdən biri sayır. Tədbirlərimizdə iştirakçılar dini radikalizm və ektretizmin törətdiyi fəsadlar haqqında geniş məlumat əldə edəcəklər", - deyə təşkilatın açıqlamasında bildirilir. 

**

Stopnarkotik.az