"Dikiy Arman" haqqında 300 cildlik material: 5 AY LAZIMDIR

Hazırda Qazaxıstanda həbsdə olan "Dikiy Arman" ləqəbli Arman Cümagəldiyevin məhkəməsi başlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıblar. Vəkillərin dediklərinə görə, məhkəmə Qazaxıstan tarixinin ən qalmaqallı proseslərindən biri olacaq.

Vəkillərin dediyinə görə, "Dikiy Arman" barədə 300 cilddən çox material toplanıb və onunla tanış olmaq üçün ən az 5 ay vaxt lazımdır./lent.az