Cəlilabadda keçmiş məhkumdan tapança götürüldü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.

DİN-in Mətbuat Xidməti Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd "Beretta" markalı tapança aşkarlanıb.

Məhkəmənin qərarı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.