Milyarder İlon Maskın oğlu X Æ A-12 burnunu qurdaladığı və barmağını Ağ Evdəki Oval kabinetdəki məşhur masaya sürtdüyü üçün Prezident Donald Tramp həmin mebeli otaqdan çıxartdırıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Nyu-York Post" nəşri məlumat verib.
Bildirilir ki, həmin masanı 1880-ci ildə kraliça Vuktoriya Vaşinqtona hədiyyə edib.
Qəzetin yazdığına görə, mikroblardan xoşlanmayan Tramp masanın hazır olduqdan sonra tez bir zamanda Oval kabinetə qaytarılacağını bəyan edib.