Aptek və mağazaları qarət edən dəstə üzvləri saxlanıldı

Paytaxt ərazisində aptek və mağazalardan oğurluq edən şəxslər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, paytaxtın ayrı-ayrı rayonlarında yerləşən 1 aptek və 2 mağazadan oğurluqlar edilməsi, nəticədə zərərçəkənlərə ümumilikdə 1450 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən - 34 yaşlı V.Məhərrəmov, 39 yaşlı R.İsmayılov, 25 yaşlı K.Qasımov, əvvəllər məhkum olunmuş 27 yaşlı S.Bəkirov və 23 yaşlı H.Bəkirov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.