Gəncədə ər arvadına xəsarət yetirib.
Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
34 yaşlı H. Abıyevaya həyat yoldaşı tərəfindən balta və dəmir parçası ilə müxtəlif bədən xəsarətləri yetirilib.
Qadın özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.