Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak olub.
Məlumata görə, rayonun Alar kənd sakini, 1967-ci il təvəllüdlü Nurəddin Əzizov döyüşlər gedən bölgələrin birində yaralanaraq dünyasını dəyişib.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Mərhumun nəşinin yaxın vaxtlarda rayona gətirilərək, dəfn olunması gözlənilir.