“Cinsi azlıqlara qarşı ayrı-seçkilik aradan qaldırılsın” - Avropanın Gürcüstandan TƏLƏBİ

Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç noyabrın 14-də Gürcüstanla əlaqədar Nazirlər Komitəsinə təqdim olunmuş sənədi dərc edib.

Sənəddə Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarının icrasına nəzarətdən bəhs olunur. Bu qərarlar qrupu LGBTİ üzvləri və digər azlıqlara qarşı ayrı-seçkilik və dözümsüzlük, həmçinin onların toplaşmaq və ifadə azadlığı hüquqlarına aiddir.

Müvəkkil LGBTİ icmasına, dini və digər azlıqlara münasibətin yaxşılaşdığını vurğuladı. Bununla belə, o, həmçinin qeyd edib ki, hakimiyyət ayrı-seçkiliyin əsas səbəblərini aradan qaldırmaq üçün kifayət qədər iş görməyib.

Komissar Gürcüstan hakimiyyətini 2022-ci ilin fevralında bu ölkəyə səfərindən sonra dərc olunmuş hesabatında LGBTİ üzvləri, eləcə də dini və ya digər azlıq qrupları ilə bağlı qeyd olunan altı tövsiyəni yerinə yetirməyə çağırıb.