CASUS ŞƏBƏKƏSİ: molla rejiminə xidmət edən daha bir nəfər tutuldu - FOTO

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

Stopnarkotik.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Kamal Quliyev saxlanılıb.

Qeyd edək ki, Kamal Quliyev İran yönümlü radikal dini qruplaşmanın üzvü olub. Onun da üzvü olduğu qrup 2018-ci ildə Gəncədə ictimai asayişi pozaraq hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməkdə təqsirli bilirək həbs olunublar.