“Burada narkotik maddələri şokolad kimi satırlar” - İRANDAN ŞOK GÖRÜNTÜLƏR / VİDEO

İranın Kermanşah əyalətinin Cəfərabad şəhərində bir vətəndaş şəhərin Kaşani küçəsində narkotik maddələrdən istifadə edən bir çox gənci göstərir. 

Stopnarkotik.az xəbər verir ki, o, polis bölməsinin də yaxınlıqda yerləşdiyi bu ərazidə narkotik maddələrin bolluğuna toxunaraq, “burada narkotik maddələri şokolad kimi satırlar” deyir. 

Videoçəkiliş aparan şəxs dini hakimiyyət tərəfindən ölkənin gələcəyi olan cavanların başına gətirilən bu fəlakəti pisləyir və “Ey Xomeyni, qoyduğun bu təmələ lənət olsun!” şüarını səsləndirir.