“BUNA İMKAN VERMƏYƏCƏYİK” - Almaniya prezidenti Putinə xəbərdarlıq etdi

“Rusiya prezidenti Vladimir Putin ümid edir ki, dünya Ukraynadakı müharibəni unudacaq və buna öyrəşəcək. Lakin Almaniya buna imkan verməyəcək”.

Bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirib.

Almaniya dövlətinin başçısı Leypsiqdə Almaniya-Ukrayna bələdiyyə tərəfdaşlığı konfransında çıxışı zamanı bildirib ki, hazırda Kiyevin xüsusilə Yaxın Şərqdə münaqişə başlayanda daha çox dəstəyə ehtiyacı var: “Lakin təəssüf ki, Ukraynada müharibəyə artıq lazımi diqqət yetirilmir”.

“Putinin hesablaması ondan ibarətdir ki, dünya Ukraynanı unutmalıdır. Almaniya Rusiya prezidentinə belə bir xidmət göstərməməlidir və etməyəcək”, - RBC-Ukrayna Ştaynmayerdən sitat gətirir.

O, Almaniya cəmiyyətinin “Rusiyanın qeyri-qanuni və qeyri-insani təcavüzkar müharibəsinə” öyrəşməyəcəyini bildirib.

Ştaynmayerin fikrincə, Rusiyadan gələn təhlükə təkcə Ukraynanın deyil, həm də qonşu dövlətlərin üzərindədir.