Bərdədə məktəblilərlə görüş keçirildi - FOTOLAR

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Polis Akademiyasında təhsilə təşviqlə bağlı şəhər 4 saylı tam orta məktəbdə görüş keçirilib. Görüşdə şəhər ərazisində yerləşən məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri iştirak edib.
Stopnarkotik.az
xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov və digərləri akademiya barədə ətraflı məlumat veriblər, qəbul qaydalarını ətarflı şəkildə izah ediblər. Şagirdlərin mükəmməl təhsilə yiyələnməsinin və sağlam həyat tərzi yaşamasının vacibliyi diqqətə çatdırılıb. Sonda məktəbliləri maraqlandıran bütün suallar cavablandırılıb.

Stopnarkotik.az