“Bizim İsraillə heç bir əlaqəmiz yoxdur” deyin, keçin… - HUSİLƏR GƏMİLƏR QARŞISINDA ŞƏRT QOYDU

Husilər gəmilərin Qırmızı dənizdən keçməsi ilə bağlı mövqelərini yenidən nəzərdən keçiriblər.

Bu barədə “The Times of Israel” xəbər verir. Məlumata əsasən, husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi X sosial şəbəkəsinbildirib ki, Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatı (husilər) bu bölgədən keçən gəmilərə “sadə və ucuz” həll yolu təklif edib. O, nəqliyyat şirkətlərinə və nazirliklərə müraciət edərək boğaza yaxınlaşan gəmilərin radioda “Bizim İsraillə heç bir əlaqəmiz yoxdur” ifadəsini yaymalı olduğunu bildirib. Bu halda husilər gəmiyə toxunmayacaqlar. Lakin gəmi belə bir siqnal verib, sonra İsrail limanına daxil olarsa, növbəti dəfə Qırmızı dənizə girəndə “qara siyahı”ya düşəcək və hücuma məruz qalacaq.