"Biz ya daha böyük müharibəyə, ya da..." - HAKAN FİDANDAN ŞOK AÇIQLAMA

"Bölgəmiz sözün əsl mənasında dönüş nöqtəsindədir. Biz ya indiki konyukturadan daha böyük müharibəyə, ya da daha böyük sülhə gedəcəyik".

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərin paytaxtı Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə keçirilən birgə mətbuat konfransında deyib.

"Görüşdüyüm bütün həmsöhbətlərim açıq şəkildə deməsələr də, bu müşahidəni bölüşürlər. Biz hər iki tərəfə və qeyri-regional aktorlara sağlam düşüncəni təbliğ edərkən, bəziləri yanğını alovlandırır" - H. Fidan bildirib.

Türkiyəli nazir vurğulayıb ki, əgər hazırkı böhranın coğrafi olaraq yayılmasının qarşısı alınmasa, bütün dünyanı daha pis günlər gözləyir:

"Fələstin məsələsinin ədalətli siyasi həlli olmadan bölgəmizdə daimi sülh və sabitliyin bərqərar olması mümkün olmayacaq. Həmişə dediyimiz kimi, həll yolu tapmağın yeganə üsulu 67 sərhədə əsaslanan, paytaxtı Şərqi Qüds olan coğrafi bütövlüyünə malik müstəqil və suveren Fələstin dövlətini reallaşdırmaqdır"./musavat.com