Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanıldı

Biləsuvar rayonunun inzibati ərazisində ov qaydalarını pozan əcnəbi vətəndaşlar saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Zaeif Musabah Humood Alketbi, Khamis Saif Saeed Bin Humood, Jauaan Mubarak Fadel Almazrouei və Mohammed Abdulla Mohammed Almehrzi olduğu müəyyən edilib, onlardan 4 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.