Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da yanğın baş verib.
Stopnarkotik.az xəbər verir ki, xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, yanğın qısaqapanmadan baş verib.
Bildirilib ki, hadisə anında pasiyentlər klinika binasından çıxarılıblar, artıq hər şey yenidən öz qaydasındadır.
Klinikaya ciddi ziyan dəyməyib.