Bakının iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib.

Qeyd olunub ki, məhdudiyyət Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması ilə əlaqədardır. Bu məqsədilə yanvarın 27-si saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.