Bakıda xəstələr müalicə müəssisəsindən qaçıb? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, yayılan məlumat dezinformasiyadır.

Qeyd olunub ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.