Bakıda oğurluq edən şəxslər tutuldu

Bakının Yasamal və Nəsimi rayonlarında oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Yasamal rayonu ərazisində bir avtomobildən 700 manat və 300 dollar maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Ə.Vəlizadə müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Nəsimi rayonu ərazisində 40 yaşlı N.Quliyevdən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun bir nəfərin evindən 500 manat pul, 1500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.