ALİM QASIMOVUN SEVİMLİ TƏLƏBƏSİ NECƏ NARKOMAN OLDU... – Şok müsahibə / VİDEO

“Narkotik həyatda qazandığım nə və kim vardısa, hamısını məndən aldı” 

“Həyatımdakı qadın belə, mənim ağır narkotik istifadə etdiyimdən xəbərsiz idi”

Azad Ağaşirinov Bakının mərkəzində - İçərişəhərdə doğulub, orada da böyüyüb, boya-başa çatıb. Birinci sinifdə oxuyanda valideynləri ayrılıb, o, anası ilə birgə yaşayıb. Özünün təbirincə desək, həmin vaxtdan anası ona həm ata, həm də ana olub.

Hələ uşaqlıqdan valideynlərinin tövsiyyəsi ilə musiqi məktəbinə gedən A.Ağaşirinov xanəndəlik sinfini bitirib. Məşhur xanəndə Alim Qasımovdan dərs alan Azadla hazırda tanınmış musiqiçi olan dostu ilk dəfə xanəndəliyi “rep” musiqisi ilə sintez ediblər. Onların bu addımı Ali Qasımovun marağına səbəb olub...

Gənc yaşlarında əcnəbi turistin İçəri Şəhərdə onlara yaxınlaşaraq, otel ünvanı soruşması və azərbaycanlı xanımla əylənmək istədiyini dilə gətirməsi digər yoldaşları kimi, Azadın da qəzəbinə səbəb olub. Bu səbəbdən, o, həmin şəxsi sakit küçələrdən birinə dəvət edərək, sırf qisas məqsədilə onu qarət edib. Bundan sonra həyatı alt-üst olan Azad Ağaşirinov təxminən 10 il qazamatda yatıb və burada ağır narkotik istifadəçisinə çevirilib.

Hazırda narkotikdən xilas olmağa çalışan A.Ağaşirinov bu məqsədlə Stopnarkotik.az saytına və “Güvən” Reabilitasiya Mərkəzinə müraciət edib. Bu gün – 19.02.2025-ci il tarixində saytımızın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına müraciət əsasında Maştağada yerləşən Respublika Narkoloji Dispanserinə yerləşdirilən Azad Ağaşirinov burada 21 günlük detoksikasiya prosesi keçdikdən sonra, “Güvən” Reabilitasiya Mərkəzində 6 aylıq müalicəyə başlayacaq. İnanırıq ki, “həyatımda olan xanım hələ də dözür...” deyən A.Ağaşirinov narkotikdən xilas olub, sevdiyi xanımla xoşbəxt olmağı bacaracaq.

Buyurun, Azad Ağaşirinovun həyat hekayəsini öz dilindən dinləyin.

Stopnarkotik.az