Braziliya marixuana becərilməsi üçün proqram hazırlayır

Braziliya marixuana becərilməsini tədqiq edən 12 illik araşdırma proqramı hazırlayır. Üstəlik, bu proqramı ölkəni artıq qlobal soya ixracatçısına çevirən eyni insanlar - Braziliyanın kənd təsərrüfatı üzrə tədqiqat agentliyi "Embrapa" - həyata keçirməyi planlaşdırır.

Stopnarkotik.az xəbər verir ki, "Embrapa" alimləri əvvəllər Braziliyanın tropik iqliminə ən uyğun olan taxıl, pambıq və tərəvəzin genetik növlərini inkişaf etdiriblər. Bugünkü çətənə becərilməsi planları isə bitkinin toxum bankının yaradılması və növlərin Braziliya torpağına və iqliminə uyğunlaşdırılması, eləcə də ölkə daxilində regional sirr istehsalı mərkəzlərinin müəyyən edilməsinə və inkişafına köməklik daxildir.

Təxminən on yerli və beynəlxalq şirkət çətənə tədqiqatı üzrə tərəfdaş olmaq üçün "Embrapa" ilə əlaqə saxlayıb. Şirkətlər bitkini dərmandan tutmuş qidaya qədər hər şeydə istifadə etməkdə, əkin dövriyyəsini və ya torpaqda karbon fiksasiyasını asanlaşdıran xüsusiyyətləri öyrənməkdə maraqlıdırlar. 1970-ci illərdən bəri "Embrapa"nın oxşar səyləri Braziliyanın geniş bölgələrini məhsuldar soya becərilməsinə açdı və Braziliya soya istehsalında on qat artıma nail oldu.

Hələ noyabr ayında Braziliya tibbi məqsədlər üçün çətənə yetişdirilməsini qanuniləşdirmişdi. Yerli səhiyyə orqanları may ayına qədər bu sahədə qaydalar hazırlamalıdırlar və bu məsələnin uzadılması tələbləri artıq rədd edilib. 
Bir sıra maraqlı şirkətlər hələ ki, kiçik ərazilərdə çətənə əkmək üçün icazə almaq üçün artıq müraciət ediblər.

Qeyd etmək lazımdır ki, Braziliyanın ən böyük ticarət tərəfdaşı, eyni zamanda çətənə istehsalçısı və ixracatçısı olan Çin də hadisələrin bu cür gedişatından faydalanır.

Stopnarkotik.az