Bakı küçələri qardan belə təmizlənir - FOTOLAR

Səhər saatlarından paytaxtda qardan təmizlik işləri davam edir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

"Dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcək", - qurumdan bildirilib.

 

Bakı küçələri qardan belə təmizlənir (FOTO)