"Müstəqillik əldə etdikdən sonra Azərbaycan Konstitusiyası hazırlanarkən dünya təcrübəsinə istinad edilib".
Bunu "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyası dərindən və düşünülmüş şəkildə hazırlanıb:
"Sonrakı illərdə konstitusiyamıza edilən dəyişikliklər dövlətin və suverenliyin möhkəmləndirilməsinə xidmət edib. Dəyişikliklərlə bağlı atılan addımların heç biri təsadüfi sayıla bilməz. Biz 2024-cü ildə suverenliyimizi tam bərpa etmişik. 2025-ci il isə "Konstitusiya və Suverenlik ili" elan edilib. Keçdiyimiz yol və verilən qərarlar ümumi bir zəncirin halqalarıdır".