Bakıda məşhur restoranın sahibi saxlanıldı - 20 İŞÇİSİ ŞİKAYƏT EDİB

Bakıda fəaliyyət göstərən "Grill House" restoranının 20 nəfər işçisi iki aydır maaşlarını ala bilmədikləri ilə bağlı polisə şikayət edib. İcarədar məkanın bağlanmasını bəhanə edərək işçilərin maaşının ödənilməsini gecikdirib.

Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli açıqlamasında bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".