2024-cü ilin sentyabr ayı ərzində Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb.
Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, qanunsuz yaşayan əcnəbilər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediliblər.
Məlumata görə, 40 saxlanılan 40 nəfər əcnəbi Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran şəxslərdir.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.