Bakıda hoteldə kişi meyiti tapıldı

Bakıda hoteldə meyit tapılıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə qeydə alınıb. 

Hotelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. 

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır./lent.az