Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Aytəkin Mürşüd qızı Kərimovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./lent.az