Bakıda bu gün UFC turniri keçiriləcək

Bu gün Bakıda ikinci dəfə Mütləq Döyüş Çempionatının (UFC) turniri keçiriləcək.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar isə saat 20:00-da başlayacaq.

Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas görüşündə isə orta çəkidə Şarabutdin (Şara) Maqomedov (Rusiya) braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək.

UFC Fight Night-ın görüşləri

İlkin döyüşlər

Yarımorta çəki: Tahir Abdullayev – Cefferson Nasimento

Ən yüngül çəki: Bekzat Almaxan – Jan Matsumoto

Yarımorta çəki: Daniil Donçenko – Teodor Berqren

Yarım yüngül çəki: Kaan Ofli – Xavyer Reyes

Orta çəki: Nursulton Ruziboyev – Andrey Pulyayev

Yarım ağır çəki: Abdul Raxman Yaxyayev – Julius Volker

Yarımorta çəki: Fərman Həsənov – Erik Nolan

Əsas döyüşlər

Orta çəki: Abus Maqomedov – Mixal Olekseyçuk

Orta çəki: İkram Aliskerov – Brunno Ferreyra

Ən yüngül çəki: Asu Almabayev – Çarliz Conson

Yüngül çəki: Nazim Sadıxov – Mateus Kamilo

İkinci əsas döyüş

Orta çəki: Şara Maqomedov – Mişel Pereyra

Gecənin əsas döyüşü

Yüngül çəki: Rafael Fiziyev – Manuel Torres