"Azərbaycanla İran arasında 132 kilometrlik sərhəd minalarla çirkləndirilib".
Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov birliyin “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabatın hazırlanması, minaların və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsirinin öyrənilməsi” adlı layihə ilə əlaqədar mətbuat konfransında deyib.
"Mina təhlükəsi təkcə keçmiş təmas xəttində deyil, eləcə də digər Azərbaycan ərazilərində mövcuddur. Biz buna nümunə kimi Ağstafa, Qazax rayonlarını və İranla Azərbaycanın Qarabağ bölgəsi arasında 132 kilometrlik ərazini qeyd edə bilərik", - deyə H.Səfixanov bildirib.