"Azərbaycanla Ermənistan arasında normallaşma yalnız bu halda mümkündür..." - PATRUŞEV

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan-Ermənistan münasibətlərinin hansı halda normallaşa biləcəyini açıqlayıb.

Bu barədə o, Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında bildirib.

Patruşev qeyd edib ki, Bakı ilə İrəvan arasında normallaşma yalnız qeyri-regional qüvvələrin vəziyyətə müdaxilə etməyi dayandırdıqları halda mümkündür.