Azərbaycanın Yekaterinburqdakı diaspor rəhbərinin oğlu saxlanıldı - FOTO

Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu Mütvəli Şıxlinski saxlanılıb.

Bu barədə "Ura.ru" mənbəsinə istinadən məlumat yayıb.

“İlkin məlumata görə, Mütvəli iki saat əvvəl saxlanılıb. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi planlaşdırılır. Daha sonra barəsində həbs qətimkan tədbiri müəyyən ediləcək”, – deyə mənbə bildirib.

"RBK"nın məlumatına görə də, Mütvəli Şıxlinski saxlanılıb və hazırda dindirilir. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ məlum deyil.

"E1" portalının iddiasına görə isə, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mütvəli Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirməsi olub.

**

***

Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə E1.ru məlumat yayıb.

Məlumata görə, iyulun 1-də Şahin Şıxlinski saxlanılarkən Mütvəli Şıxlinski xüsusi təyinatlı əsgərlərdən birini "Gelandewagen" markalı avtomobillə vurub.

Hazırda o, İstintaq Komitəsində dindirilir.

**