"Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətbiqinin iki istiqaməti var. Səslənilən və real niyyət fərqli ola bilər".
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
“Bu özlüyündə araşdırılmalı mövzudur. Yalnız İqtisadiyyat Nazirliyi bunu edə bilməz. Bu ölkədən-ölkəyə fərqlənə bilər”,- deyə E.Əliyev bildirib.
O, əlavə edib ki, artıq İqtisadiyyat Nazirliyi rəqəmsal iqtisadiyyat strategiyası hazırlayır.
“Hər il əmək bazarına daxil olan 100 min gənc üçün nə qədər iş yeri yaradılır?. Dövlət bunun üçün hansı addımları atır?
"Suallardan bəziləri bunlardır. Bu gün dövlət gələcək üçün bir baza hazırlayır”,- deyə nazir müavini əlavə edib.