Bir neçə gündür Naxçıvan MR Ali Məclisinin sədrinin birinci müavini, hazırda sədr səlahiyyətlərini icra edən Azər Zeynalovun həbs edilərək Bakıya gətirilməsi ilə bağlı məlumatlar yayılıb.
Stopnarkotik.az bildirir ki, manset.az yayılan xəbərlə bağlı Azər Zeynalovla əlaqə saxlayıb. O, açıqlamasında xəbərin yalan olduğunu bildirib.
"İndiyə qədər nədən istəyiblər yazıblar, davam eləsinlər, mən bir söz demirəm. Bir problem yoxdur, bunlar sadəcə ürək bulandırırlar. Bakıya bir neçə günlük öz işimlə bağlı gəlmişdim. Gördüm yazırlar bir gün də tez qayıtdım. Hazırda oturmuşam otağımda, işimdəyəm. Mən istintaqa çağrılmamışam."