Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq. Bu məsələ bank kartlarından oğurluq hallarını yenidən gündəmə gətirib.
Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, ölkəmizdə kiberinsidentlərin həcmi artıb.
Onun sözlərinə sözlərinə görə, Xaricdən ölkəmizə bu sahədə kifayət qədər hücumlar var.
"Aidiyyatı dövlət qurumları bu məsələyə çox ciddi yanaşırlar. Təhlükəsizlik infrastrukturuna böyük investisiyalar edirlər. Bu istiqamətdə çalışırlar ki, qaydalara və standartlara riaət olunsun. Ümumiyyətlə heç biir sistem tamamilə təhlükəsiz deyil. İstənilən təhlükəsizlik infrastrukturuna riaət olunsa belə təhlükəsizliə zəmanat verilmir və bu mümkün deyil. Amma beynəlxalq standartlarla məlumatların saxlanması qaydaları var. Vətəndaşlar da öz növbələrində öz məlumatlarını bölüşməməlidirlər. Belə ki, kibertəhlükəsizlik bir yox bir neçə fakt üzərində qurulur. Ola bilərki serverə müdaxilə olunsun, belə olduqda dövlət qurumunun saxladığı yerlə və infrastrukturla əlaqəli olsun. İkinci variantda isə şəxsi məlumatların öz kabinetlərindən kiməsə ötürülməsi səbəbindən kiberdələduzluq halı baş verə bilər."
Ekspert qeyd edib ki, dövlət qurumları hazırda məlumatların saxlandığı yerdə kibertəhlükəsizlik faktlarının olmaması üçün onların saxlanma şəraitinə, beynəlxalq standarlara uyğunluğuna ciddi şəkildə əməl eləməlidir.
"Bunlardan sonra isə mütəxəssi faktoru gəlir. Belə ki, şəbəkə təhlükəsizliyinə əməl edilməsindən başqa bu işlə məğul olanlar öz işinin peşəkarı olmalıdır. Bütün bunlar təmin olunarsa kiberinsidentlərin sayı azalar", - deyə o qeyd edib.